AZ

Qaz anbarları boşalır, qiymətlər artır - PROQNOZ

Avropanın təbii qaz anbarlarının doluluq səviyyəsi fevralın 10-da 50 faizdən aşağı düşüb. Müqayisə üçün bildirək ki, bir il əvvəl doluluq səviyyəsi 67 faiz idi. 

 

Sfera.az xəbər verir ki, Avropanın qaz anbarlarının boşalması qaza olan tələbin təklifdən yüksək olduğunu göstərir. Bu səbəbdən son aylarda Avropada qaz qiymətlərində yüksəlmə qeydə alınır. 

 

Mövcud qiymətlər son iki ilin ən yüksək səviyyəsinə çatıb. Hazırda 1000 kubmetr qaz 620 dollardan baha satılır. Halbuki bir neçə ay öncə avropalılar qazı 350-370 dollara ala bilirdi.

 

Avropa İttifaqına daxil olmayan ölkələr arasında Ukraynada anbarların doluluq nisbəti 9,3 faiz, Böyük Britaniyada isə 25,7 faizdir. 

 

Qeyd edək ki, Avropa İttifaqı ölkələri hər il 400 milyard kubmetrdən çox təbii qaz istehlak edir. Bunun təxminən yarısı idxal olunur. Avropa ölkələri Ukraynadakı müharibə ilə Rusiyadan təbii qaz almağı dayandırıb və Rusiya ilə Ukrayna arasında təbii qaz tranziti müqaviləsinin müddəti 31 dekabr 2024-cü ildə başa çatıb. 
Belə vəziyyətdə Avropa İttifaqı ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırırlar ki, bu da qaz idxalı ilə bağlı xərcləri artırır.

 

Proqnozlara görə mövcud vəziyyətdə ən azı 2 ay Avropada qaz qiymətləri yüksək olacaq. 

 

Vasif

Seçilən
3
sfera.az

1Mənbələr