AZ

Trampın Maskın şirkətlərinə qarşı iddiaları geri qaytarmaq imkanı var

ABŞ prezidenti Donald Trampın İlon Maskın idarə etdiyi şirkətlərə qarşı işləri geri qaytarmaq imkanı var.

XəzərNews.az xəbər verir ki, bu barədə “Time” qəzeti yazıb.

“Maskın Trampla yaxın əlaqələri o deməkdir ki, bu federal problemlərin çoxu həftələr və ya aylar ərzində aradan qalxa bilər”, –nəşr iddia edir.

Xüsusilə, söhbət ABŞ-nin Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) Tesla-nın avtopilotunun imkanlarının həddən artıq şişirdilməsi ilə bağlı araşdırmalarından gedir. Tramp, həmçinin avtomobil istehsalçılarından özünü idarə edən avtomobillərin iştirakı ilə qəzalar barədə məlumat vermələrini tələb edən ABŞ hökumətinin mandatı ilə bağlı məhkəmədə Maskı təqibdən xilas edə bilər.

Nəşr belə qənaətə gəlib ki, Trampın Maska mümkün yardımı sonuncunun mövqeyini xeyli gücləndirəcək.

Qeyd edək ki, fevralın 9-da ABŞ prezidenti Donald Tramp Mask və komandasının Təhsil və Müdafiə Departamentlərində aparılan auditlər zamanı yüz milyardlarla dollar əsassız xərcləmələri aşkarlaya biləcəklərini açıqlamışdı .



Xəbər 5 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr