AZ

Azərbaycandan bu ölkələrə yod ixrac edilir

Bakı. Trend:

Ötən ilin ilk 11 ayında Azərbaycandan xarici ölkərə 179,44 tonmiqdarında yod ixrac edilib.

Trend DövlətStatistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verirki, bu miqdarda məhsulun ixracının dəyəri 10,1 milyon ABŞ dollarıolub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə miqdarifadəsi ilə 16,22 ton (8,3%), dəyər ifadəsi ilə 3,3 milyon ABŞdolları (24,9%) azdır.

Belə ki, 2023-cü ilin eyni dövründə Azərbaycandan ixrac edilmişyodun miqdarı 195,65 ton, dəyəri isə 13,4 milyon ABŞ dolları təşkiledib.

Bəhs olunan dövrdə Azərbaycandan Rusiyaya (41,44 ton, 2,5 milyonABŞ dolları), Çinə (64 ton, 3,5 milyon ABŞ dolları), Hindistana (54ton, 2,9 milyon ABŞ dolları) və İtaliyaya (20 ton, 1,1 milyon ABŞdolları) yod ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə yod idxalının həcmi 0,01 ton,dəyəri isə 1,62 min ABŞ dolları olub.

Seçilən
13
az.trend.az

1Mənbələr