Birləşmiş Ərəb Əmirliklərində taekvondo üzrə "Fujairah Open" beynəlxalq turniri keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası da iştirak edəcək.
Fevralın 9-13-da baş tutacaq G2 kateqoriyalı turnirdə ölkəmizi 29 idmançı təmsil edəcək.
Qeyd edək ki, yeniyetmə yaş qrupu üzrə yarışlar fevralın 12-də olacaq.
İdman.biz