Rusiyada miqrant qanun pozucularının reyestri işə salındıqdan sonra 95 608 nəfərin Rusiyada qeyri-qanuni olduğu aşkarlanıb.
Sfera.az xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. Ümumilikdə, bu müddət ərzində əcnəbilər üzərində 688 mindən çox yoxlama aparılıb.
Volk vurğulayıb ki, verilənlər bazası hər dörd saatdan bir yenilənir. O, işəgötürənlərə və xidmət sektorunun işçilərinə xatırladıb ki, əcnəbiyə xidmət göstərməzdən və ya işə götürməzdən əvvəl onun Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin göstərilən reyestrində olub-olmadığını yoxlamaq lazımdır:
“30 aprel 2025-ci il tarixinədək Rusiyada qalma rejimini pozmuş hər bir xarici vətəndaş Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına gəlməli və ya Rusiya Daxili İşlər Nazirliyinin “PVS” Federal Dövlət Unitar Müəssisəsinin filialına və ya Moskva vilayətinin Dövlət Büdcə Müəssisəsinə müraciət etməlidir".
O, həmçinin belə bir halda belə şəxslərin deportasiya və ya ölkəyə girişinə qadağa qoyulmayacağına da aydınlıq gətirib. Sonda Volk qeyd edib ki, hüquqi statusunu tənzimləyən vətəndaşlar reyestrdən çıxarılacaq.
İnci