Bakı. Trend:
Filippin Respublikasında fəaliyyət göstərən Manila BeynəlxalqMəktəbində mədəniyyət festivalı keçirilib. Beynəlxalq festivalda30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamlarınümayiş olunub. Filippindəki Azərbaycan diasporu festivala 23nəfərlik heyətlə qatılıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, milli mətbəximizin yarpaq dolması, kələm dolması,ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər yeməkləri qonaqlaratəqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətləqarşılanıb.
Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentlisuvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflıməlumat verilib.