“Bir milyon versələr ki, filankəsi təriflə. Etmərəm, əgər təriflidirsə, kişi qızısan onu təriflə. Amma pulla tərifləyirsənsə, şəxsiyyət deyilsən”.
OLAY yazır ki, bu sözləri “Rəngarəng” verilişində Əməkdar artist Elnarə Abdullayeva deyib. O bildirib ki, pul qarşılığında heç kimi tərifləyə bilməz:
“Şəxsiyyəti, mənəviyyatı pula satmırlar. Aləmi bir-birinə qatmısınız. Kişinin ağzından söz çıxar. Onun insaniyyətda payı olmaz. Siz nə danışırsınız? Nə qoyub, nə axtarırsınız? Mənim imkanım yoxdursa, dədəmin goru, evimi sataram o hərəkəti etmərəm. Əgər yaxşıdırsa, buna yaxşı deyə bilmirsənsə, nəsə gözləyirsənsə, güdürsənsə ki, cibimə pul qoyacaqlar, o tələbəni tərifləyəcəm. Allah hidayət ver. Bir gün mənə dedilər ki, filankəsi toya istəyirik. Təzə çıxanlardandır. Onun nömrəsini verdim. Qayıtdılar ki, o oxuya bilir nömrəsini verirsən? Bunlara baxdım, deməli, sən oxuya biləni-bilməyəni qanırsan, mən yox. Deyirəm, ay qardaş, o toya gedirik, mənim nəyimə gərək oxuya bilir, ya bilmir. Balasına çörək aparacaq, toya gedir, getsin, pulunu qazansın. Sənəti olanlar ulduz olmur. Oğul odur ki, sənəti olmaya-olmaya ulduz olsun. O bura qədər gəlib çatıbsa, günahı içi siz qarışıq dəstək olanlardadır. Sənətə görə gəlməyib ki, efirə çıxıb ki, toylara getsin”.
![](https://olay.az/uploads/posts/2025-02/elnare_abdullayevaofficial-5.webp)