AZ

Tramp onu öz varisi kimi görmür

ABŞ prezidenti Donald Tramp 2028-ci il seçkilərində ABŞ-ın vitse-prezidenti Cey-Di Vensi özünün potensial varisi kimi göstərməyə hazır deyil.

News24.az xəbər verir ki, bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində bildirib.

“Xeyr, amma o, çox bacarıqlıdır”, - deyə Tramp jurnalistin məsələ ilə bağlı sualına cavab verib.

Ağ Ev rəhbəri qeyd edib ki, Vens “fantastik iş görür”, lakin onun varisi kimi danışmaq hələ tezdir.

Aynurə



Seçilən
8
news24.az

1Mənbələr