AZ

İnsan İnkişafı Forumu keçirilib (FOTO)

Bakı. Trend:

İnsan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə İnsanİnkişafı Forumu keçirilib.

Dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrəmütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən tədbirinməqsədi insan potensialının artırılmasını, fərdi və peşəkarbacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsindəmüasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədətəcrübə mübadiləsi aparmaqdır.

Dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində “Milli dəyərlərləbirgə qlobal biznesə!” devizi ilə təşkil olunmuş forum Kiçik vəOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “PaşaHolding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişafKorporasiyasının təşkilatçılığı ilə keçirilib.

Forumda Milli Məclisin deputatı Zahid Oruc, AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət vəsənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək vəəhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nınİdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin Başicraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdəinsan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik vəbacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsilsistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluqməsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s.mövzularda fikir və təkliflərini bölüşüblər.

Tədbir çərçivəsində “İnsan inkişafı: Uşaq və gənclərdə biznesüçün kompetensiyaların formalaşdırılması” mövzusunda panel müzakirətəşkil olunub, “Balaca tacirlər” və “Azərbaycan biznes mədəniyyəti”kitablarının təqdimatı keçirilib.

İnsan
İnsan
İnsan
İnsan
İnsan
İnsan
İnsan
Seçilən
14
6
az.trend.az

7Mənbələr