AZ

Xalq artisti: Efirdən bizə anamız, bacımız, uşaqlar baxır

“Gündəmə qalmaqal ilə deyil, sənətiniz və yaradıcılığınızla gəlin”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Mənsum İbrahimov “İncə səhər” verilişində deyib.

Xanəndə efirə qalmaqal və bayağı ifalarla çıxan şou əhlini tənqid edib:

“Müğənnilər gündəmə ailə-məişət mövzuları ilə gəlir. Bunlar isə iş deyil. Yaxşı yerə getmir. Efirdən bizə anamız, bacımız, uşaqlar baxır. Hər evdə uşaqlar yetişir. Ona görə də yaxşı şeyi təbliğ etmək lazımdır.

Efir bir güzgüdür. Toylarda müğənnilər nə istəyirlər oxusunlar. Heç kimə yaradıcılığına qarışan adam deyiləm, qarışmaram da... Amma bunları efirdə etmək olmaz. Efirdə gəl keyfiyyətli mahnı oxu. Çünki efirdə nə təqdim edirsənsə onu da tamaşaçı qəbul edir”.


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr