“Triada-TKO” MMC (“Kalaşnikov” konserninin bir hissəsi) hərbi sınaq üçün müştəriyə qabaqcıl gülləkeçirməz jiletlər göndərməyə başlayıb.
Herbiand.az bildirir ki, bu barədə “Kalaşnikov” məlumat yayıb.
Gülləkeçirməz jilet 5,45×39 mm və 7,62×39 mm-lik aralıq yüksək nüfuzedici patronlardan qorunmaq üçün Br4+ sinifli zireh panelləri ilə təchiz edilib. Eyni zamanda, boyun, qarın və qasıq nahiyəsini qorumaq üçün modullarla təchiz olunub. Təxminən 11 kq ağırlığında, uzunmüddətli hərəkət zamanı yorğunluğu azaldan, yükün əsgərin çiyinlərindən kəmər və ombasına yenidən bölüşdürülməsini təmin edən teleskopik dayanacaqları olan çəki paylama sistemi ilə təchiz edilib.
“Kalaşnikov” konserninin mətbuat xidməti əlavə edib ki, dəst “Tsifra” kamuflyaj modelinin mülayim və həddindən artıq isti iqlim üçün modernləşdirilmiş variantında istehsal edilib. Hərbi sınaqların nəticələrinə əsasən, sifarişçi qabaqcıl gülləkeçirməz jiletlərin sonrakı çatdırılması barədə qərar qəbul edəcək.
Bəxtiyar CƏFƏRLİ