AZ

Vens Avropanı sərt şəkildə tənqid etdi

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Parisdə keçirilən Süni İntellekt Sammitində çıxış edərək Avropanın süni intellektin tənzimlənməsi və texnologiya nəhənglərinin məzmun siyasəti ilə bağlı yanaşmasını tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, bu, onun vitse-prezident kimi ilk xarici səfəri olub.

Vensinin çıxışı ABŞ və Avropa arasında süni intellektin idarə olunması ilə bağlı fikir ayrılıqlarına toxunub.

Eyni zamanda, sammitdə texnologiya sahəsində aparıcı şirkət rəhbərlərini və ekspertləri bir araya gətirərək, süni intellektin təhlükəsizlik, iqtisadiyyat və idarəetməyə təsirini müzakirə edilib.

Tədbirdə ABŞ, Avropa və Çinin fərqli yanaşmaları açıq şəkildə görünüb. 

Avropa tənzimləmə və investisiyaya üstünlük verir, Çin dövlət dəstəyi ilə texnologiya şirkətlərini gücləndirir, ABŞ isə Donald Trampın rəhbərliyi altında bazara müdaxilə etməmə siyasətini müdafiə edir.

Toplantıda Çin Dövlət Şurası baş nazirinin müavini Çjan Qoçin də iştirak edib. Bu da Pekinin süni intellekt üzrə qlobal standartların formalaşdırılmasında iştirak etmək niyyətini göstərir.

Vens isə Avropanın məzmun moderasiyası siyasətinə açıq tənqidlə yanaşıb: 

“Əgər Avropa ölkələri İlon Maskın “X” sosial media platformasına məhdudiyyətlər tətbiq edərsə,  o zaman ABŞ NATO qarşısındakı öhdəliklərini yenidən nəzərdən keçirməli olacaq”.

Həmçnin, sammitdə süni intellektin yaratdığı potensial təhlükələr və onların necə tənzimlənəcəyi məsələsi də müzakirə mövzularından biri olub.

Xüsusilə, texnologiyanın müdafiə və müharibə sahələri ilə getdikcə daha çox əlaqəli olması narahatlıq doğurur. NATO-nun modernləşmə işlərinə rəhbərlik edən admiral Pyer Vandye isə bildirib ki, hazırda süni intellekti nəzarətdə saxlamağın yollarını tapmalıyıq, əks halda hər şeyin nəzarətdən çıxacağı riskini yaşayacağıq.

Süni intellekt sahəsində özəl sektorun da böyük mübarizə apardığı bildirilir. İlon Maskın rəhbərlik etdiyi bir qrup investor “OpenAI” arxasında duran qeyri-kommersiya təşkilatını 97,4 milyard dollara almaq üçün təklif irəli sürüb. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr