
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Belə olan təqdirdə, Ermənistanın silahlanmasında Azərbaycan üçün təhlükə var. Çünki Ermənistan keçmiş işğalçı ölkədir. Biz torpaqlarımızı ordumuzun gücü ilə azad etmişik. Qərbə səfərlərində Ermənistandan təhlükə mənasında çox ciddi mesajlar alırıq. Digər tərəfdən həqiqətən sülhdə maraqlıdırlarsa, sülh müqaviləsi üçün işə başlasınlar. Bunların heç birini etmirlər. Əksinə, Azərbaycanı təhlükəli addım atırmış kimi göstərirlər. Azərbaycan tarixən işğala məruz qalmış ölkədir. Əgər Azərbaycan Ermənistanın ərazi bütövlüyünə göz dikmiş olsa idi, 2020-ci ilin əməliyyatlarında buna müvəffəq olardı. Cənab Prezidentin və digər rəsmilərin açıqlamasında qeyd olunur ki, Azərbaycanın Ermənistana heç bir ərazi iddiası yoxdur. Sadəcə olaraq Qərbi azərbaycanlılar hüquqi çərçivədə torpaqlarına qayıtmalıdırlar və Ermənistan 10 Noyabr müqaviləsindən doğan öhdəliyi yerinə gətirib Zəngəzur koridorunu açmalıdır".
Zeynəb Rzayeva