Bu gün Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Asiya turnesi çərçivəsində İndoneziyaya gedib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanı İndoneziyanın paytaxtı Cakartadakı Halim Perdanakusuma Hərbi Hava Limanında İndoneziya Prezidenti Prabovo Subianto və digər rəsmi şəxslər qarşılayıb.
Türkiyə mətbuatı yazır ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan qalacaqları otelə gəldikdən sonra əllərində Türkiyə və İndoneziya bayraqları ilə onları qarşılayan indoneziyalı uşaqlarla xatirə şəkilləri çəkdirib, qısa söhbət ediblər: "Sabah Bogor Prezident sarayında İndoneziya Prezidenti ilə Ərdoğan arasıdna təkbətək görüş olacaq. daha sonra onlar Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Birinci Toplantısına qatılacaqlar"
Firudin Səfərli
MİA.AZ