AZ

“Ağçay” yatağı bu şirkətin istifadəsinə verildi

Xocalı rayonunda yerləşən “Ağçay” üzlük daş yatağı “Xanqar” MMC-nin istifadəsinə verilib. 

Valyuta.az xəbər verir ki, ötən il İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yatağı hərraca çıxarmışdı.

Yatağın start qiyməti 600 manat müəyyən edilmişdi. Hərracın qalibi Xanqar şirkəti olub. Şirkət yataq üçün 4500 manat təklif edib. 

Yatağın istismar müddəti 6 aydır. “Ağçay” üzlük daş yatağının həcmi 6000 kubmetr, sahəsi isə 2,4 hektardır. 

“Xanqar” MMC 2024-cü ilin iyulunda təsis edilib. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Tağıyev Tofiq Həsən oğludur. 

Hüseyn

Seçilən
30
valyuta.az

1Mənbələr