Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD-in səhmləri çərşənbə axşamı Honq Konq birjasında tarixi maksimuma çatıb. Şirkətin süni intellektlə təchiz edilmiş avtonom idarəetmə sistemləri diqqət çəkib.
«BYD» avtomobil bazarını alt-üst edir – 100 km-ə 3 litr yanacaq, birdəfəyə 2000 km gediş – CƏMİ 12 250 DOLLARA
FED.az xəbər verir ki, BYD səhmləri 4% bahalaşaraq 345 Honq Konq dollarına (44,24 ABŞ dolları) yüksəlib.
BYD-in DeepSeek ilə əməkdaşlığı nəticəsində yaradılan "DiPilot" sürücü dəstək sistemi Çində avtomobil təhlükəsizliyinin yeni standartına çevrilib. Şirkət qiymət rəqabətindən uzaqlaşaraq süni intellekt əsaslı texnologiyalara yönəlib. Bu strategiya BYD-ə Çin bazarında üstünlük qazandırsa da, bəzi analitiklər Qərb bazarlarına girişin çətinləşə biləcəyini bildirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür