AZ

Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşdü

Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.

Bu barədə Olaylar.az Somali KİV-ə istinadən xəbər verir.

"Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb. Bu səfər Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkənin nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra baş tutub. Bu, iki ölkə arasında diplomatik əlaqələrin artdığını göstərir", - məlumatda bildirilib.

Somali Baş nazirinin ofisinin nümayəndəsi Nasra Bəşir Əli "X" sosial şəbəkəsində Həsən Şeyx Mahmudun Azərbaycana uçuşdan əvvəl təyyarəyə minməsini əks etdirən videogörüntülər paylaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
21
olaylar.az

10Mənbələr