AZ

Azərbaycan Filippində beynəlxalq festivalda təmsil olunub

Bakı. TurkicWorld:filippin_festival_turkic_3.jpg

Filippin Respublikasında fəaliyyət göstərən Manila Beynəlxalq Məktəbində mədəniyyət festivalı keçirilib. Beynəlxalq festivalda 30-dan çox ölkənin mədəniyyəti, adət-ənənələri və milli təamları nümayiş olunub. Filippindəki Azərbaycan diasporu festivala 23 nəfərlik heyətlə qatılıb.

Bu barədə TurkicWorld-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, milli mətbəximizin yarpaq dolması, kələm dolması, ləvəngi, kükü, Qarabağ kətəsi, dovğa və digər yeməkləri qonaqlara təqdim edilib. Yarpaq dolması və dovğa xüsusi rəğbətlə qarşılanıb.

Ölkəmizə məxsus stenddə Azərbaycan xalçası və milli ornamentli suvenirlər də sərgilənib, ziyarətçilərə Vətənimiz haqqında ətraflı məlumat verilib.

Seçilən
9
2
turkic.world

3Mənbələr