Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi Mustafa Dalcıya tapşırılıb. O, bu postda Kemal Özdeşi əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.