Tailanddan olan yüz qadın Gürcüstanda “insan yumurtası fermasında” əsir saxlanılır. AzPost xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tailandın insan haqları təşkilatı olan “Pavena Vəqfi” məlumat yayıb. Bildirilir ki, onları Gürcüstana surroqat analıq etmək addı ilə Çinli mütəşəkkil cinayətkar qrup aldadaraq gətirib.
İddialara görə, qadınların pasportları əllərindən alınıb və onlar yumurtalıq əldə etmək üçün məcburi hormon terapiyasına məruz qalıblar.
Fond xilas olub qaçan qadınlarla mətbuat konfransı keçirib. Qadınlar bildirib ki, əvvəlcə surroqat analar üçün vakansiya elanına. qoşulublar. Onlara 600 min baha (manat ekvivalentində – 30 min manat) qədər qazanc vəd olunub. Qaınlara bütün xərcləri, müqavilə sənədlərini hazırlanacağı sözü verilib. Cəmi 1 ay müddətində isə geri qaytarılacaqları bildirilib.
12 qadın Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə tranzit olaraq Tailanddan Ermənistana uçub. Üç gün Ermənistanda qaldıqdan sonra Gürcüstana gediblər.
Əvvəlcə onlar mehmanxanada yerləşdirilib, ertəsi gün isə qadınların pasportlarını alınıb və dörd evin olduğu yerə aparılıblar.
Zərərçəkənlər bildirdilər ki, “fermada” yüzə yaxın qadın var, onların bir çoxunun səhhətində ciddi problemlər yaranıb və geri qayıtmaq istəyirlər.
Bütün proseslərə Çindən olan cinayətkar dəstə rəhbərlik edir. Onlar azadlığa buraxılmaları üçün qadınlardan 70 min baha (4000 manat) qədər pul tələb ediblər.
Hüquq müdafiə təşkilatı qadınlara intensiv hormon terapiyası və sağlamlıq riski daşıyan prosedurların aparıldığını bildirib. Hər şeyin antisanitar şəraitdə baş verdiyi qeyd olunur.
Qadınlardan biri pul müqabilində sərbəst buraxılmasına nail olub. Taylanda qayıdaraq və baş verənləri səlahiyyətlilərə bildirib. Onlar İnterpolla əlaqə saxlayıblar. Cari ilin yanvarın sonunda daha 3 qadın xilas olub. Onların sözlərinə görə, yüzə yaxın qadın hələ də “ferma”nın ərazisindədir.