Paytaxtın Xətai rayonunda (Gənclik parkının yaxınlığında) qayda pozan sürücü motosikletə təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, 10-VP-371 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, üstünlüyə malik olan motosikletin qarşısına qəfil çıxaraq qəza şəraitinə səbəb olub. Xoşbəxtlikdən kuryer nəqliyyat vasitəsinin sürətini vaxtında azaldıb və qayda pozan sürücüyə siqnal verərək xəbərdarlıq edib. Əsəbiləşən moto sürücü ardınca “Ağsaqqal yola baxda, xəstəsən?” deyərək ona iradını bildirib. “Opel”in sürücüsü isə kuryerə əhəmiyyət vermədən yoluna davam edib.
Nərmin