“Google” Donald Trampın göstərişinə əsasən, ABŞ Coğrafi Adlar Sistemində “Meksika körfəzi” adını “Amerika Körfəzi” olaraq dəyişdirib.
Publika.az xəbər verir ki, bundan sonra ABŞ-dakı istifadəçilər “Amerika Körfəzi”adını görəcəklər. Meksikadakı istifadəçilər isə “Meksika körfəzi” adını görməyə davam edəcəklər.
Qeyd olunub ki, digər ölkələrdəki istifadəçilər hər iki adı görəcəklər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 20-də Ağ Evdə Meksika körfəzinin adının “Amerika körfəzi” olaraq dəyişdirilməsi haqqında sərəncam imzalayıb.