Məşhur pianoçu və bəstəkar Yevgeni Qrinko yeni albomunu təqdim edib.
Kulis.az xəbər verir ki,"Winter Moonlight" adlanan albom "Nettwerk" etiketi ilə yayımlanıb.
Açılış parçası "Glare of Us" adlanan albomdaQrinko ilk dəfə vokaldan istifadə edib. Sənətçi "Mr. Squirrel" adlı əsərində itirdiyi pişiyi Svrçinanın səsini lentə alaraq musiqiyə daxil edib.
Qeyd edək ki, Yevgeni Qrinko 2008-ci ildə "Valse" adlı əsəri ilə məşhurlaşıb.