HƏMAS rəsmisi Sami Əbu Zuhri ABŞ prezidenti Donald Trampa müraciət edib.
Publika.az xəbər verir ki, Əbu Zuhri “Reuters”ə açıqlamasında İsrail və HƏMAS arasında atəşkəsə riayət edilməli olduğunu vurğulayıb.
“Tramp yadda saxlamalıdır ki, bu, hər iki tərəfin hörmət etməli olduğu razılaşmadır və əsirləri geri qaytarmağın yeganə yoludur. Təhdidedici dilin heç bir dəyəri yoxdur və yalnız işləri çətinləşdirir”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ın fevralın 15-i Qəzzada olan bütün girovları azad etməli olduğunu, əks halda İsrail-HƏMAS atəşkəsinin ləğv oluna biləcəyini bəyan edib.