AZ

Etna vulkanı yenidən fəallaşıb

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnada fevralın 8-də başlayan lava axınının davam etdiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, təxminən 3300 metr yüksəklikdə olan Etnada "Bocca Nuova (Yeni Ağız)" adlı kraterin cənub yamacında şənbə günü axşam saatlarında əmələ gələn çatdan lava axını davam edir.

İtaliya mətbuatında dərc olunan və İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya filialına əsaslanan məlumata görə, vulkanın parametrlərində xüsusi dəyişiklik qeydə alınmayıb.

Xəbərdə vulkandakı vulkanik fəaliyyətin normal olduğu və bu son vəziyyətin Etnanın hal-hazırda davamlı olaraq aktiv olan bir vulkandan  daha çox enerji buraxmadığına işarə olduğu vurğulanıb.

Məlumatda lava axınının çox dar və cəmi bir neçə yüz metr uzunluğunda olduğu da qeyd edilib. Narahatlıq üçün heç bir əsas olmadığı və hadisələrin səlahiyyətlilər tərəfindən diqqətlə izləndiyi bildirilib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr