AZ

Britaniyada gənclər vətənləri ilə qürur duymur- SORĞU

The Times və YouGov sorğusunun apardığı yeni araşdırma Britaniya üçün yeni mənzərəni ortaya çıxarıb. AzPost xarici mətbuata istinadla xəbər verir ki,  Z nəslinin yarısı ölkələrinin irqçi olduğuna inanır, yalnız 11%-i bunun üçün mübarizə aparmağa hazır olduğunu bildirib. Sorğunun nəticələri 20 il əvvəl aparılan analoji araşdırmadan kəskin şəkildə fərqlənir.

20 il əvvəl britaniyalıların gənc nəsli ümumiyyətlə gələcəyə nikbin baxıb və britaniyalı olmaqdan qürur duyub. Bununla belə, bugünkü Z nəsli (18-27 yaş arası insanlar) öz ölkələrinə və onun gələcəyinə daha mənfi münasibət bəsləyirlər.

Araşdırmanın nəticələri Böyük Britaniya siyasi və hərbi liderlərini təşvişə salıb. Ordu rəhbəri Patrick Sandersaçıqlamasında bildirirb ki, “Əgər azadlığımız və həyat tərzimiz üçün mübarizə aparmağa hazır olmasaq, yırtıcılar dünyasında şikar olacağıq”.

Qeyd edək ki, 2004-cü ildə “Times”in apardığı sorğuda  gənc britaniyalıların 80%-i ölkəsi ilə fəxr etdiyini ifadə edib. Bu gün bu rəqəm 41%-ə düşüb.

1161 nəfərin iştirak etdiyi son sorğuda cinayət, din, psixi sağlamlıq və siyasətlə bağlı bir sıra suallar yer alıb. Böyük Britaniyada Z nəslinin təxminən 50%-i ölkənin irqçi olduğuna inanır, yalnız 15%-i isə dövlətin birliyinə əmindir.

Sorğuda iştirak edənlərin yarısı da Britaniyanın “keçmişdə ilişib qaldığını” deyib.

Sorğuda iştirak edən respondentlər müxtəlif sosial-iqtisadi mənsubiyyətlərdən olub və bu, gənclər arasında qeyri-bərabərlik, siyasət və milli kimliklə bağlı narahatlıqların geniş yayıldığını nümayiş etdirib.

Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliyə həm iqtisadi çətinliklər, həm də mədəni fərqlər səbəb olub. London Kral Kollecinin Siyasət İnstitutunun direktoru Bobby Daffy gənclərin pul qazanmasını çətinləşdirən durğun maaşlara, həmçinin siyasi və sosial məsələlərlə bağlı artan gərginliyə işarə edib.

Nəsil fərqlərini daha da araşdırmaq üçün tədqiqatçılar eyni suallardan bəzilərini yaşlı insanlara yenidən veriblər. Nəticələr milli kimlikdə və Britaniyanın gələcəyinə münasibətdə o qədər də dəyişməyib.

Sorğu göstərir ki, hazırda milli qürur və Britaniyanı müdafiə etmək istəyi tarixin ən aşağı həddədir.

Seçilən
5
azpost.info

1Mənbələr