AZ

İzmirdə dəhşətli hadisə: Körpəsini dənizə atdı!

İzmirin Seferihisar rayonunda 1 yaşlı körpəsini dənizə atdığı iddia edilən qadın saxlanılıb.

Sherg.az xəbər verir ki, Bengiler Məhəlləsində qadının dənizə girərək qucağındakı körpəni suya atdığını görən vətəndaşlar vəziyyəti jandarmaya xəbər verib.

Xəbərdarlıq üzərinə bölgəyə jandarma və sağlamlıq qrupları sövq edilib. Vətəndaşlar tərəfindən dənizdən çıxarılan 1 yaşlı körpə sağlamlıq qrupu tərəfindən Seferihisar dövlət xəstəxanasına aparılıb.

Bölgədəki təhlükəsizlik kameralarını araşdıran qruplar, ana Kevser C.'yi (30) təsbit edərək onu nəzarətə götürüb.

Psixoloji problemləri olduğu bildirilən qadının əməliyyatlardan sonra ədliyyəyə sövq ediləcəyi öyrənilib.
Seçilən
20
sherg.az

1Mənbələr