AMEA tarixində belə biabırçılıq olmamışdı!
İtaliyalı alimlər məhkəmə tələb edir!
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədlinin qanunsuz, qeyri nəcib, heç bir elmi əxlaqa və beynəlxalq elmi etikaya sığmayan hərəkətləri nəinki daxildə Dilçilik İnstitutunu, hətta xaricdə bütöv bir ölkəni rəzil duruma gətirib.
Bu günə kimi susqun qalan italiyalı alim görünür bu nanəcib hərəkətə görə ictimai qaydada, bəlkə də beynəlxalq qaydada üzr gözləyirdi. Ancaq AMEA rəhbərliyinin susqunluğu, Dilçilik İnstitutunun direktorunun isə öz xoşu ilə istefa verməməsi etirazı gücləndirib. Hazırda öz həmkarlarının imzasının belə rahat bir şəkildə oğurlanmasından dəhşətə gələn italiyalı ziyalılar, Bruno Osimodan bu işin sonuna qədər getməyi, lazım gəlsə məhkəməyə müraciət etməyi tələb edirlər!
Qeyd: Sivil ölkələrdə belə elmi oğurluq hallarında alim ya elmi adından məhrum edilir, ya da ən yüngül hallarda vəzifədən istefa verir. Nadir Məmmədli isə hələki dirəniş göstərir.
Gunel Bayramova, italyanşünas, filologiya elmləri doktoru
Demokratikmusavat.com