AZ

Aİ süni intellektə 200 milyard avro sərmayə qoyacaq


Avropa Komissiyası (AK) Avropa İttifaqında (Aİ) süni intellektə (AI) investisiya üçün 200 milyard avro səfərbər etmək niyyətindədir.
Yeniavaz.com
AK mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Parisdə keçirilən süni intellekt sammitində çıxış edən AK rəhbəri Ursula fon der Lyayen deyib.
“Mən burada “InvestAI” təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada 200 milyard avro süni intellekt sərmayəsini səfərbər etməyi hədəfləyirik. Biz əsas diqqəti sənaye, həmçinin, missiya baxımından daha kritik sahələrə yönəldəcəyik”, - fon der Lyayen deyib.
Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə qiqafabriklərin yaradılmasına sərf olunacaq.
“Bu böyük süni intellekt infrastrukturu ən mürəkkəb süni intellekt modellərinin inkişafını təmin etmək və Avropanı süni intellekt qitəsinə çevirmək üçün lazımdır. Tədqiqatçılar, sahibkarlar və investorlar qüvvələrini birləşdirə biləcəklər. Sənayelər əməkdaşlıq edə və öz məlumatlarını birləşdirə biləcəklər”, - AK rəhbəri bildirib.
Seçilən
9
yeniavaz.com

1Mənbələr