AZ

Mask kasıblamağa başladı: 400 miyard dollar...

Planetin ən varlı adamı İlon Maskın sərvəti 2025-ci ilin əvvəlindən bəri ilk dəfə 400 milyard dollardan aşağı düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Buna onun əsas aktivi olan "Tesla"nın səhmlərinin dəyərinin əhəmiyyətli dərəcədə azalması səbəb olub. Onlar ötən ilin sonunda artıq 27 faiz itiriblər və hələlik pozitivlik üçün heç bir səbəb yoxdur.

Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən və biznesmen gözlənilmədən onun ən fəal tərəfdarına çevrildikdən sonra Maskın sərvəti kəskin şəkildə artıb.

Lakin səhmdarlar, elektrikli avtomobillər üçün yeni vergi güzəştləri və özünü idarə edən texnologiya standartlarına dair ümidlərin indiyədək özünü doğrultmadığını deyirlər.

Seçilən
3
publika.az

1Mənbələr