Moskva "Spartak"ı "River Pleyt"dən argentinalı vinger Pablo Solarini transfer edib.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 4,5 il müddətinə müqavilə imzalanıb.
23 yaşlı futbolçu "qırmızı-ağlar"da yeddi nömrə altında çıxış edəcək.
Daha əvvəl media sövdələşmənin 12 milyon avroya başa gələcəyini, bunun 10 milyon avrosunun faktiki qonorar, 2 milyon avronun isə Solarinin Rusiyadakı uğurları üçün mümkün bonuslar olacağını yazmışdı.
2024-cü il mövsümündə Pablo “River Pleyt”in heyətində bütün yarışlarda 22 oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun əvvəlki klubu ilə əmək müqaviləsi 2027-ci ilin qışına qədər qüvvədə idi. Transfermarkt internet portalında verilən məlumata görə, 23 yaşlı futbolçunun bazar dəyəri 7 milyon avrodur.