AZ

BCM prokuror Xanın ABŞ-ın sanksiyalar siyahısına daxil edilməsinə cavab verib


Beynəlxalq Cinayət Məhkəməsi prokuror Kərim Xanın ABŞ-ın sanksiyalar siyahısına salınmasını pisləyib. Bu barədə RİA Novosti qurumun müvafiq bəyanatına istinadən xəbər verir.Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtona və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı hərəkətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edən fərman imzalamışdı. Sənəddə qeyd edilib ki, tədbirlər “ICC pozuntularına” görə cavabdeh olan şəxsləri əhatə edəcək. Sanksiyalardan bəzilərinə əmlakın, aktivlərin bloklanması və ABŞ-a girişin qadağan edilməsi daxildir. Sonradan məlum oldu ki, BCM prokuroru Kərim Xana məhdudiyyətlər qoyulub.
“Beynəlxalq Cinayət Məhkəməsi ABŞ administrasiyasının Xana qarşı sanksiyalar tətbiq etməsini pisləyir. Məhkəmə vəhşiliklərin milyonlarla günahsız qurbanlarının maraqları naminə öz məhkəmə mandatını yerinə yetirməyə davam etmək öhdəliyi götürür”, - BCM buna cavab verib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
3
aia.az

1Mənbələr