Azərbaycan Beynəlxalq Bankının 2023 və 2024-cü illər üzrə gəlirlərində əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Bankın ümumi gəliri 1 025 393 min manatdan 1 250 741 min manata yüksələrək 225 348 min manat və ya 22% artıb. Gəlirlərin strukturuna baxdıqda, bəzi sahələrdə ciddi artım, digərlərində isə azalma qeydə alınıb.
Müştərilər ABB-yə "axın" edib, bankda əhalinin və müştərilərin - ƏMANƏTLƏRİ ARTIB
“Azərbaycan Beynəlxalq Bankı (ABB)”nin 2024-cü ilin sonunda gəlirləri aşağıdaki kimi paylanmışdır :
FED.az xəbər verir ki, bankın əsas gəlir mənbəyi olan kredit faizlərindən əldə olunan vəsait 471 798 000 manatdan 664 444 000 manata yüksəlib. Bu, 192 646 000 manat və ya 41% artım deməkdir. Bununla yanaşı, kredit faizlərinin ümumi gəlirdəki payı 46%-dən 53%-ə yüksəlib ki, bu da bankın kredit fəaliyyətindən gəlir əldə etmə qabiliyyətinin artdığını göstərir.
Komissiya haqlarında da əldə olunmuş gəlirlərdə əhəmiyyətli yüksəliş müşahidə edilib. 2023-cü ildə 156 846 000 manat olan komissiya gəlirləri 2024-cü ildə 230 491 000 manata çatıb. Bu, 73 645 000 manat və ya 47% artım deməkdir. Ümumi gəlirdəki payı isə 15%-dən 18%-ə yüksəlib.
Valyuta əməliyyatlarından əldə edilən gəlirdə isə cüzi azalma qeydə alınıb. 2023-cü ildə 69 461 000 manat olan gəlir 2024-cü ildə 66 269 000 manata enib. Bu, 3 192 000 manat və ya 4.6% azalma deməkdir. Ümumi gəlirdəki payı isə 6%-dən 5%-ə düşüb.
Qiymətli kağızlardan faiz gəlirləri də artım nümayiş etdirib. 2023-cü ildə bu kateqoriya üzrə gəlir 121 903 000 manat olduğu halda, 2024-cü ildə 140 648 000 manata yüksəlib. Başqa sözlə qiymətli kağızlardan faiz gəlirləri 18 745 000 manat və ya 15% artıb. Bununla belə, ümumi gəlirdəki payı 12%-dən 11%-ə enib.
Digər banklarda depozit gəlirləri 104 787 000 manatdan 94 041 000 manata düşüb ki, bu da 10 746 000 manat və ya 10.3% azalma deməkdir. Ümumi gəlirdəki payı 10%-dən 8%-ə enib. Digər banklara verilən kreditlərdən faiz gəlirləri isə əksinə 1 835 000 manatdan 2 658 000 manata yüksəlib. Bu, 823 000 manat və ya 45% artım deməkdir. Lakin ümumi gəlirdəki payı əvvəlki kimi 1% olaraq qalıb.
Digər faiz gəlirlərində ən kəskin azalma qeydə alınıb. 2023-cü ildə 79 594 000 manat olan bu mənbə üzrə gəlir 2024-cü ildə 12 408 000 manata düşüb. Bu nə az, nə çox, 67 186 000 manat və ya 84% azalma deməkdir. Bunun nəticəsində ümumi gəlirdəki payı 8%-dən 1%-ə qədər enib.
Digər qeyri-faiz gəlirləri isə əksinə, əhəmiyyətli dərəcədə artaraq 19 169 000 manatdan 39 782 000 manata yüksəlib. Bu, 20 613 000 manat və ya 108% artım deməkdir. Ümumi gəlirdəki payı 2%-dən 3%-ə qalxıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 664 444 | 53% |
Komissiya haqları | 230 491 | 18% |
Valyuta əməliyyatlarından gəlirlər | 66 269 | 5% |
QK-a investisiyadan gəlir | 140 648 | 11% |
Digər banklara depozitlərdən gəlirlər | 94 041 | 8% |
Digər banklara kreditlərdən gəlirlər | 2 658 | 1% |
Digər faiz gəlirləri | 12 408 | 1% |
Digər qeyri-faiz gəlirləri | 39 782 | 3% |
|
|
|
CƏMİ GƏLİRLƏR | 1 250 741 | 100% |