Rusiyada keçirilən "Prodekspo-2025" sərgisində Türkiyənin fındığı təqdim edilib.
Rusiyanın paytaxtı Moskvada təşkil edilən və başda peçenye, şokolad, şəkərli və çörək məhsulları, xəmir məmulatları başda olmaqla bir çox sektor məhsullarının sərgiləndiyi "Prodekspo-2025" sərgisində Türkiyənin fındığı da ziyarətçilərə təqdim edilib.
Fevralın 3-7-də keçirilən Rusiya və Şərqi Avropanın ən böyük ticarət sərgisi təşkilatı "Prodekspo-2025" sərgisində qida mütəxəssisləri Türkiyənin fındığının sağlamlığa faydaları və müxtəlif sektorlarda istifadəsi haqqında məlumatlandırılıblar.
Fındığın bilavasitə qəlyanaltı kimi istehlakının yayğınlaşdırılması məqsədilə ziyarətçilərə qovrulmuş fındıq və fındıqlı qənnad məmulatları təqdim olunub.