“Türk axını” boru kəməri ilə Rusiya qazının Slovakiyaya tədarükü bərpa edilib.
Qaziler.az “Gazetaru”ya istinadla bildirir ki, bu barədə ölkənin baş naziri Robert Fitso “Facebook” səhifəsində məlumat verib.
“Rusiya qazı “Türk axını” kəməri ilə Slovakiyaya axmağa başlayır. Bu, Rusiya və Türkiyənin birgə səyləri nəticəsində mümkün olub və buna görə onlara təşəkkür etmək lazımdır”, - Fitso yazıb.
QAZİLER.AZ