AZ

Dayı və bacıoğlu arasındakı hadisənin TƏFƏRRÜATI - VİDEO

Xəbər verdiyimiz kimi Gəncədə dayı və bacıoğlu arasında düşən mübahisə qanla bitib.

Hadisə zamanı zərərçəkən şəxsin anası Ayaz Misirova Gencexeber.az-a hadisənin təfərrüatı haqqında danışıb.

O bildirib ki, hadisədən bir müddət əvvəl qardaşı Qinyaz Məmmədov onlara içkili halda gəlib:

“Bizdə də oğlumla oturub yenidən spirtli içki içdilər. Sonradan qardaşım təhqiredici sözlər işlətməyə başladı, oğlum da dedi ki, dayı, dur çıx get. Bundan bir neçə saat sonra isə qonşular gəldi ki, oğlunla qardaşın bir-birini bıçaqlayıb. Məsələdən xəbər tutduqdan sonra xəstəxanaya getdik ki, qardaşım başı sarıqlı oturub, oğlum isə əməliyyata götürülüb. 3 saatlıq əməliyyatdan sonra Ruslanı reanimasiyaya yerləşdirdilər. Qardaşım pis adam deyil, amma içki içəndə bu cür xoşagəlməz hallar olur”.


Seçilən
3
news24.az

1Mənbələr