ABŞ prezidenti Donald Tramp Ukraynaya yardım müqabilində 500 milyard dollar dəyərində nadir torpaq elementləri istədiyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Tramp "Fox News" telekanalına müsahibəsində suala cavabda deyib.
Tramp bildirb ki, indiyə qədər ABŞ Ukraynaya yüz milyardlarla pul verib: "Mən onlara dedim ki, sizdən bunun əvəzində azı 500 milyard dollar dəyərində nadir torpaqlar istəyirəm. Onlar da bu tələbimə razılaşdılar. Ən azından, indi özümüzü artıq axmaq kimi hiss etmirik. Əks halda özümüzü axmaq kimi görərdik. Mən onlara açıq dedim ki, biz sizə yardımın əvəzində nəsə almalıyıq. Yoxsa bu qədər yardımı əvəzsiz verdiyimizi qəbul etməm mümkün deyil".
Lamiyə Əhmədli
MİA.AZ