AZ

“Ermənistan bundan imtina edə bilməz” – Baqratyan

“Ermənistan Aİİ bazarından Avropa bazarının xeyrinə imtina edə bilməz”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Sergey Baqratyan deyib.

Deputatın sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi istənilən ölkə üçün çox vacibdir. Lakin qaz təchizatından danışırıqsa, o zaman təkcə Ermənistan deyil, Aİ ölkələri də Rusiyadan mavi yanacaq alırlar. Sonuncular tədarüklərini hələ tam şaxələndirməyiblər.

“Ticarətin diversifikasiyasına gəlincə, Ermənistanın ixracının dörddə birindən çoxu Aİİ ölkələrinə gedir. Bu, əsasən Rusiyaya aiddir. Yaxşı, əgər üçüncü ölkələrə təkrar ixracı nəzərə almadan Ermənistanın özünün ixracını əsas götürsək, onda Aİİ-nin payı daha da çox olacaq”, – deputat vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr