NBA “All Star” 2025 oyununda zədələr səbəbindən heyətlərdə dəyişikliklər edilib.
Offsideplus.az xəbər verir ki, “Dallas Mavericks” komandasından Entoni Deyvis və “Milwaukee Bucks” komandasından Yannis Adetokunbo zədələndikləri üçün heyətdən çıxarılıblar. Onların əvəzinə “Shaq” komandasına “Dallas Mavericks”dən Kayri İrvinq, “Chuck” komandasına isə “Atlanta Hawks”dan Tre Yanq daxil edilib. 
Bu mövsüm Kayri İrvinq orta hesabla 24,2 xal, 4,7 ribaund və 4,9 asistlə çıxış edərək karyerasında 9-cu dəfə “All Star” seçilib. Tre Yanqu isə oyun başına 23,4 xal və 11,4 asistlə oynayaraq 4-cü dəfə “All Star” heyətinə daxil olub. 
Qeyd edək ki, NBA "All Star” oyunu 17 fevral 2025-ci il tarixində keçiriləcək.