AZ

Gündə 4 kiloqram pendir yeyən kişi görün nə hala düşdü - FOTO


ABŞ-də bir kişi ovuc, daban və dirsəklərində yaranan saralmış dəri və düyünlərdən şikayət edərək Tampa xəstəxanasına müraciət edib. Zamanla bu düyünlərdən selikli maddə axmağa başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə World of Buzz məlumat yayıb.

Testlərdən sonra xəstəyə Ksantelazma diaqnozu qoyulub. Bu qanda həddindən artıq yüksək xolesterin və yağların səbəb olduğu dəri altında sarımtıl xolesterol və yağ səviyyələri ilə əlaqəli törəmədir. Bu vəziyyət kişinin səkkiz ay ərzində “ətyeyən pəhriz” adlanan qaydaya riayət etməsindən sonra yaranıb.

Onun pəhrizi yalnız heyvan mənşəli məhsullardan ibarət idi: hər gün kərə yağı, dörd kiloqrama qədər pendir və kotletlər. Sağlamlıq problemlərinin aşkar əlamətlərinə baxmayaraq, kişi özünü daha yaxşı hiss etdiyini bildirib. Çünki artıq çəki atdığını, enerji və koqnitiv funksiyalarının yaxşılaşdığını iddia edib.
Bununla belə, həkimlər xəstənin xolesterinin səviyyəsinin 1000 mq/dL-dən çox olduğunu (normadan 5 dəfə yüksək) müəyyən ediblər. Kişi simptomlar görünəndən yalnız bir ay sonra kömək üçün müraciət edib, çünki düyünlər ağrı yaratmırmış.

Lalə, BakuPost

Seçilən
17
1
bakupost.az

2Mənbələr