AZ

Türkiyə I Liqa təmsilçisində yeni təyinat

Türkiyə I Liqasında mübarizə aparan “Ankaragücü”nün yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komanda təcrübəli mütəxəssis Mustafa Dalcıya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ankaragücü” baş məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Mustafa Dalcı əvvəl hansı komandaları çalışdırıb?

51 yaşlı mütəxəssis daha əvvəl “Sakaryaspor”, “Adana Dəmirspor”, “Gənclərbirliyi” klublarına rəhbərlik edib. Həmçinin o, 2020-21 illəri arasında 4 dəfə “Ankaragücü”nün uğurları üçün çalışıb.

Xatırladaq ki, I Liqa təmsilçisi bir müddət əvvəl çalışdırıcı Kemal Özdeşlə yollarını ayırmışdı.

“Ankaragücü”nün I Liqada hazırkı vəziyyəti

Qeyd edək ki, Ankara təmsilçisi turnir cədvəlində 30 xalla 14-cü sırada qərarlaşıb.

Ançelotti milli üçün əsas namizəddir

"Liverpul" yeni hücumçu almaq istəyir

Frankovski rəsmən "Qalatasaray"da: Detallar açıqlandı

“İnter”də ciddi itki

Renat Dadaşovun klubunda baş məşqçi ayrılığı

Seçilən
14
apasport.az

1Mənbələr