AZ

Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi nədir?

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar bu sistem vasitəsilə müraciətlərinə qısa zamanda cavab ala biləcəklər.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib.

Bəs Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) nədir?

Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat katibi İlkin Kərimov bu sistem barədə məlumat verib:



"Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində AQTA-nın fəaliyyətinin optimallaşdırılması və biznes proseslərinin avtomatlaşdırılması sahəsində innovativ texnologiyaların tətbiqi, qanunvericiliyin tətbiqi, digər dövlət qurumları ilə inteqrasiya, sahibkarlıq subyektlərinin qeydiyyatı və şəffaf biznes mühitinin təmin edilməsi məqsədilə hazırlanmışdır.

Qeyd edək ki, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin bir sıra modulları hazırlanaraq istifadəyə verilmişdir. Qida sahəsində fəaliyyət göstərən sahibkarlar AQTİS-də şəxsi kabinetə Asan İmza və ya Asan Login vasitəsilə daxil olurlar və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri AQTİS-də heyvan və bitki sağlamlığı, qeydiyyat və təsdiq, idxal-ixrac, heyvanların identifikasiyası, laboratoriyaların idarə edilməsi, təhlil və hesabat kimi modullar vasitəsilə müraciətlərini edirlər. Bu müraciətlərə elektron şəkildə qısa müddət ərzində cavab verilir".

Seçilən
18
operativmedia.az

1Mənbələr