Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş”ın üzvü Gedson Fernandes komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə Rusiyanın “Zenit” və “Spartak” klubları yaxından maraqlanır.
Beşiktaş Gedson Fernandes üçün nə qədər tələb edir?
“Qara qartallar” yarımmüdafiəçi üçün 20 milyon avro tələb edir. Transfer reallaşarsa, “Beşiktaş” oyunçunun köhnə komandası “Benfika”ya gəlirin 50 faizini ödəməli olacaq.
Super Liqa təmsilçisi bu rəqəmi azaltmaq üçün Portuqaliya klubu ilə danışıqlar aparır.
Gedson Fernandesin “Beşiktaşda”kı statistikası
Qeyd edək ki, 26 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində çıxış etdiyi 114 rəsmi matçda 14 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
"Olimpiakos"un futbolçusu İstanbul klubunda
Ançelotti milli üçün əsas namizəddir
"Liverpul" yeni hücumçu almaq istəyir
Frankovski rəsmən "Qalatasaray"da: Detallar açıqlandı
“İnter”də ciddi itki