AZ

Dadaşov və Nəzərli üçün 4-cü baş məşqçi - "Ankaragücü"ndə növbəti dəyişiklik

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" yeni baş məşqçi ilə anlaşıb.

İdman.biz xəbər verir ki, Ankara təmsilçisinə Mustafa Dalçı rəhbərlik edəcək.

Bu, Türkiyə 1-ci Liqasında mübarizə aparan komandada 2024/2025 mövsümündə 4-cü baş məşqçi təyinatı olub. Çempionata Cihan Arslanla başlayan "Ankaragücü" sonradan Kenan Kocak və Kemal Özdeşlə əməkdaşlıq edib. Özdeşin rəhbərliyi ilə ankaralılar liqada meydana çıxdıqları 6 oyunun dördündə uduzublar, ikisində isə qələbə qazanıblar.

Qeyd edək ki, Kemal Özdeş Renat Dadaşovu 10 gün əvvəl əsas heyətdən uzaqlaşdırıb. Onun komandanı tərk edəcəyi xəbərləri yayılıb.

İdman.biz

Seçilən
25
idman.biz

1Mənbələr