AZ

Yenidən sıradan çıxdı

Andreas Kristensen növbəti dəfə bəxtsizliklə üzləşib.

“Barselona”nın müdafiəçisi məşqdə zədələnib. İspaniya klubunun saytının məlumatına görə, danimarkalı futbolçunun sağ baldır əzələsi xəsarət alıb. Andreas bu səbəbdən təxminən üç həftə oynaya bilməyəcək.

28 yaşlı Kristensen yaşıl meydana yanvarda dönmüşdü. O, ötən ilin avqustunda dabanından aldığı ciddi zədəyə görə təxminən 5 ay futbolsuz qalmışdı.

Seçilən
105
4
football-plus.az

10Mənbələr