"Qarabağ" Premyer Liqada növbəti oyununu bu gün keçirəcək.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda "Səbail"lə üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
Ağdam təmsilçisi 50 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib.
"Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.
19:00. “Qarabağ” – “Səbail” 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu