AZ

Azərbaycanda evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb


Ötən il Azərbaycanda ümumi sahəsi 2 milyon 361 min 592 kv. metr olan 20 min 149 yaşayış evi tikilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən il ərzində yaşayış evlərinin tikintisinə 2 milyard 572 milyon 745 min manat vəsait sərf olunub.
Açıqlanan məlumatlar əsasında apardığımız hesablama göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Azərbaycanda yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat, 2021-ci ildə isə 508 manat sərf olunub.

Murad Məmmədov
Seçilən
9
yeniavaz.com

1Mənbələr