AZ

Finlilər barıt fabrikinin yaxınlığındakı dronlardan narahatdırlar

Finlandiya polisi barıt fabrikinin yaxınlığında icazəsiz dronların uçuşlarını araşdırır.

 

Oxu24.com xəbər verir  ki,  bu barədə Yle telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.


Məqalədə deyilir: "Polis Mərkəzi Finlandiyanın Vihtavuori şəhərindəki Nammo barıt fabrikində bir neçə mümkün icazəsiz dron uçuşlarını araşdırır".

 

Cinayət İşləri üzrə Mərkəzi Kriminal Polis Müvəkkili Jussi Luoto, hüquq-mühafizə orqanlarının Nammo zavodunun ərazisində və ya yaxınlıqda bir neçə İHA uçuşlarının qeydə alındığını bildirdi.

 

Yle xəbər verir ki, zavodun ərazisi və ətrafı uçuşa qadağan zonadır. İstintaq ilkin mərhələdədir və buna görə də polis hadisələrin təfərrüatlarını açıqlamır. Yanvar və fevralın əvvəllərində pilotsuz uçuşlar qeydə alınıb.

 

Nigar

 

Seçilən
13
oxu24.com

1Mənbələr