Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Təəssüflər olsun ki, Paşinyan yenə də izi azdırmaq, bütün günahları Azərbaycanın üzərinə yükləmək istəyir. Yəni öz ehtimalları əsasında danışır və iddia edir ki, Azərbaycan iki səbəbdən Ermənistanla müharibə edə bilər və müharibə hazırlıqları guya varmış. Təbiidir ki, Azərbaycan Respublikası bir dövlət olaraq dəfələrlə bəyan edib ki, Ermənistanla hər hansı müharibədən söhbət gedə bilməz. Ümumiyyətlə, bizim heç bir ölkənin, o cümlədən də Ermənistanın torpaqlarında gözümüz yoxdur. Sadəcə olaraq, Ermənistanda bir şeyə öyrəşiblər ki, nə olsa da, Azərbaycanı mütləq ittiham etsinlər, Azərbaycana hansısa günahları yükləsinlər və bunun üzərindən təbliğat qursunlar. Əlbəttə, Nikol Paşinyan bir baş nazir olaraq sözünün məsuliyyətini dərk etməlidir. Yəni yazarkən, danışarkən, çıxış edərkən, ümumiyyətlə, bütün davranışlarında onun edəcəyi hərəkətlərin nəyə gətirib çıxara biləcəyinin fərqinə varmalıdır. Düşünürəm ki, Azərbaycan tərəfi də, özəlliklə də Xarici İşlər Nazirliyi müvafiq şəkildə ona cavab verib. Hesab etmək olar ki, Ermənistan rəhbərliyi həmin o cavabı diqqətlə öyrənəcək, bundan sonrakı davranışlarında, yazılarında, çıxışlarında bu cür səhvlərə yol verməyəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31