AZ

3 ölkə Rusiyanın internet xidmətinə sanksiya tətbiq edib

ABŞ hökuməti, Böyük Britaniya və Avstraliya ilə birlikdə, kiber cinayətkarlıqla mübarizə bəhanəsi ilə Rusiyanın internet hostinq xidməti "Zservers"ə və iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib. 

Valyuta.Az "TASS"a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.  

"Sanksiyalar Avstraliya və Böyük Britaniya ilə koordinasiyalı şəkildə həyata keçirilir. ABŞ bu gün Rusiyada yerləşən, gücləndirilmiş təhlükəsizlik sisteminə malik ("bulletproof") hostinq xidmətləri göstərən "Zservers" şirkətinə və bu platformanın operatorları kimi fəaliyyət göstərən iki Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edir. Onlar "LockBit" fidyə proqramı hücumlarını dəstəkləməkdə ittiham olunurlar", – bəyanatda deyilir.  

Sanksiya siyahısına həmçinin "Zservers"in administratorları Aleksandr Mişin və Aleksandr Bolşakov da daxil edilib. ABŞ Maliyyə Nazirliyinin sənədlərinə əsasən, Barnaul şəhərində yerləşən "Zservers" şirkəti "LockBit" haker qrupuna gücləndirilmiş təhlükəsizlik hostinq xidmətləri təqdim edib.  

Rəhim

Seçilən
15
valyuta.az

1Mənbələr